31.10.2013

Kişilər arasında şahmat üzrə Bakı birinciliyinin qalibi müəyyənləşib

Respublika Şahmat Mərkəzində kişilər arasında Bakı birinciliyi başa çatmışdır. "AzərTAc" xəbər verir ki, son turda yarışların lideri Nail Bəşirli Elşad Abdullayevlə oyununu heç-heçə başa vuraraq 9 mümkün xaldan 7,5 xal toplayıb turnirin qalibi olmuşdur. İkinci yeri 9 mümkün xaldan 7 xal nəticə ilə Rüstəm Bünyadov tutmuşdur. Mehman Abbasov isə eyni nəticə ilə (7 xal), lakin pis əlavə göstəricilərlə 3-cü yerə çıxmışdır. Qeyd edək ki, kişilərin yarışında 44 idmançı qələbə uğrunda mübarizə aparırdı.