10 03 2012
11 02 2012
05 02 2012
13 01 2012
10 01 2012
29 12 2011
Sayt və bloglarınız üçün gündəlik yenilənən valyuta məzənnəsi kodu
Blogumuzun sağ terefinde gördüyünüz aftomatik olaraq gündəlik yenilənən valyuta mezennəsini siz de sayt ve ya blogunuza yerləşdirmək istəyirsinizsə, bu linki tıklayarak web kodu ala bilirsiniz. >>>
Bu kodu saytınıza yerləşdirməklə ilgili hər hansı bir yardım lazım olarsa, suallarınızı bu yazının altındakı Yorum (Şərh) qutusunda yazaraq dəstək ala bilərsiniz
Bol Şanslar!
Bu kodu saytınıza yerləşdirməklə ilgili hər hansı bir yardım lazım olarsa, suallarınızı bu yazının altındakı Yorum (Şərh) qutusunda yazaraq dəstək ala bilərsiniz
Bol Şanslar!
01 12 2011
19 11 2011
Tarkanın Bakı konsertinə biletlərin qiymətləri 100-500 manat arasında olacaq
AgahMedia.Com portalının”SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, yeni İl gecəsi Türkiyənin meqa-starı Tarkan “Baku EXPO”-da azərbaycanlı pərəstişkarları üçün konsert verəcək. Bununla bağlı konsert təşkilatçıları mətbuat konfransı keçiriblər. Ətraflı məlumat >>>
02 09 2011
Bakıdakı İran səfirliyi qarşısında etiraz aksiyası keçirildi
Sentyabrın 2-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyi və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Səbail rayon təşkilatının təşəbbüsü ilə İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, aksiyada Urmiya gölünün quruması prosesinə İran hakimiyyətinin laqeyd münasibətinə etiraz bildirilib, eyni zamanda Güney Azərbaycan türklərinə dəstək nümayiş olunub.
01 09 2011
30 08 2011
27 07 2011
13 07 2011
“Euronews”un müxbirləri İctimai TV-yə işləyəcək
Parisdə Avropanın 1-ci kanalı “Euronews” la Azərbaycanın 1-ci kanalı İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında tarixi müqavilə imzalanıb. Müqaviləni “Euronews”un Baş direktoru Maykl Piters və İctimai Televiziya və Radio Yayımları şirkətinin Baş direktoru İsmayıl Ömərov imzalayıb. İmzalanma mərasimində “Euronews”un və İctimai televiziyanın nümayəndə heyəti iştirak edib.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bu müqavilə İctimai televiziyaya “Euronews” şəbəkəsinə daxil olmağa imkan verir. Bununla da dünyanın tanınmış ən böyük xəbər yayımçısı olan “Euronews”un bütün imkanlarından İctimai televiziya da istifadə edəcək. Onu da qeyd edək ki, “Euronews”un tarixində sözügedən formatda ilk müqavilə məhz Azərbaycanın ictimai yayımçısı ilə imzalanıb. Ona görə də müqavilədə İctimai televiziya “Euronews” şəbəkəsinin “Qızıl üzvü” olaraq qeyd edilir. Müqaviləyə əsasən Ictimai televiziya “Euronews”un bütün dünyanı əhatə edən müxbirlərindən öz əməkdaşı kimi istifadə etməyə imkan verir. Bu müqavilə İctimai televiziyanın həm peşəkarlığının artmasına, həm də Avropada daha da populyarlaşmasına şərait yaradacaq.
29 06 2011
08 06 2011
15 05 2011
11 05 2011
Azərbaycan "Eurovision-2011"in finalına vəsiqə qazandı
Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqənin I yarımfinalında uğurlu çıxış ediblər.“Running Scared” mahnısını ifa edən təmsilçilərimiz finalda iştirak hüququ qazanıblar. Yarımfinalda iştirak edən 19 ölkədən 10-u finala vəsiqə qazanıb.
Həmin ölkələrin adlarını təqdim edirik:
1.Serbiya
2.Litva
3. Yunanıstan
4. Azərbaycan
5. Gürcüstan
6. İsveçrə
7. Macarıstan
8. Finlandiya
9. Rusiya
10. İslandiya
Albaniya, Xorvatiya, Malta, Norveç, Polşa, Portuqaliya, San-Marino, Ermənistan, Türkiyə isə finala vəsiqə qazana bilməyib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, finala vəsiqə qazanan ölkələr artıq birinci yarımfinaldan sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında finalda çıxış ardıcıllığını müəyyən edən püşkatma da olub. Püşkatmanın nəticəsinə görə, Azərbaycan finalda 19-cu çıxış edəcək. Mayın 14-də keçiriləcək final mərhələsində ümumilikdə 25 ölkə yarışacaq.
Hazırda Azərbaycan nümayəndə heyəti, Almaniyada yaşayan Azərbaycanlılar ölkəmizin uğurunu böyük təntənə ilə qeyd edirlər.
"Eurovision-2011" Mahnı Müsabiqəsi bir çox məqamları ilə, o cümlədən möhtəşəm səhnə tərtibatı ilə seçilirdi.
Qeyd edək ki, mayın 12-də keçiriləcək II yarımfinalda da 19 ölkə yarışacaq. Bu mərhələdən də 10 ölkə seçiləcək. Yarımfinallardan qalib çıxan ümumilikdə 20 ölkə finalda Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və Almaniya ilə birlikdə yarışacaq. Adlarını qeyd etdiyimiz 5 ölkə müsabiqənin təsisçiləri olduğundan birbaşa finalda yarışır.
03 05 2011
"Eurovision-2012" Bakıda keçirilə bilər…
AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Azərbaycandan olan romantik duet videoçarxı izləyənlərin sayına görə hamını geridə qoyub. "Eurovision 2011" mahnı müsabiqəsinin başlanmasına bir həftədən çox vaxt qalıb. Musiqi tənqidçiləri bukmeykerlərlə hansı ölkənin təmsilçisinin daha çox şansı olduğunu barədə ehtimallar irəli sürür. Ekspertlər təcrübələrinə söykənərək, siyasi vəziyyətə, musiqi bazarına görə öz fikirlərini bildirir.
Biz isə çəkilmiş kliplərin baxılma sayına əsasən çıxarış edərək öz proqnozlarımızı qurmaq istədik. Bütün videoçarxlar yarışmanın rəsmi www.eurovision.tv saytında təqdim olunur. Onlar faktiki olaraq rəsmi "Eurovision" kanalı çərçivəsində “Youtube”da yerləşdirilir və baxışların statistikası məlumdur. Eyni nömrənin başqa versiyaları ola bilər, ancaq müsabiqənin pərəştiçkarları kliplərə məhz burada baxırlar.
Belə çıxır ki, müsabiqəni izləyən Avropa ölkələrinin televiziya tamaşaçıları müsabiqənin gedişatı zamanı təxminən belə qiymət verəcəklər. Əlbəttə ki, sürprizlər qaçılmazdır, lakin ümumi mənzərə böyük ehtimalla saxlanılacaq.
Beləliklə, rəqəmlər nə deyir?
“Youtube”da mahnılara çəkilmiş kliplərin baxışlarının sayına görə "Eurovision 2011" iştirakçılarının reytinqi:
1. Azərbaycan - 574 000 baxış. Eldar və Nigar "Running Scared"
2. Fransa - 362 000. Аmori Ваssili, "Sognu"
3. Macarıstan - 341 000. Keti Volf, "What About My Dreams"
4. Böyük Britaniya - 243 000. Blue qrupu, "I Can"
5. Almaniya - 229 000. Lena, “Taken By A Stranger”
6. Estoniya - 223 000. Qetter Yaani, "Rockfeller Street"
7. Norveç - 210 000. Stella Mvanqi, "Naba-naba"
8. Rusiya - 204 000. Aleksey Vorobyev, "Get You"
9. İsrail - 203 000. Dana, "Ding Dong"
10. İsveç - 184 000. Erik Saade, "Popular"
Ən az baxışı olan videoklip San-Marino təmsilçisinindir - 60 000-dən bir az artıq.
Göründüyü kimi, əsas mübarizə bu müğənnilər arasında gedəcək. Göründüyü kimi Azərbaycan böyük fərqlə irəlidədir. Bizim “onluq”dan Eldar və Nigara kim qalib gələcək-bunu tezliklə biləcəyik. "Eurovision 2011"in birinci yarımfinalı 10 mayda, ikinci yarımfinalı isə 12 mayda olacaq. 14 mayda isə finaldır.
Xatırladaq ki, "Eurovision 2011" mahnı müsabiqəsində 43 ölkə iştirak edir. Hər yarımfinalda 19 ölkə yarışacaq. Finala avtomatik düşən "Böyük beşlik" ölkələridir.
Xorvatiyada adalardan birinə “Facebook” adı verilə bilər
Xorvatiyada adalardan birinə “Facebook” adı verilə bilər. “Croatian Times”-ın məlumatına əsasən, Xvar şəhərin meri Pyerino Bebiç məşhur sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberqə bununla bağlı məktub ünvanlayıb.
Mer “Facebook” yaradıcısına yay məzuniyyətində Xvar adasına gəlməyi də təklif edib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, əgər Mark Tsukerberq Pyerino Bebiçin təklifinə razılıq versə, Pakleni adalarının biri “Facebook” adlanacaq. Xvar şəhərin meri və sakinləri bu halda adaya gələn turstlərin sayının artacağına ümid edirlər. “Croatian Times”-in məlumatına görə, Xorvatiyanın əhalisinin 30%-i demək olar ki, “Facebook” saytından istifadə edir və onların hər birinin saytda akkauntları var.
Bank olmayan kredit təşkilatlarının sayı artır
2011-ci il aprel ayının 1-nə bank əməliyyatları aparmaq üçün 150 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 106-sı bank olmayan kredit təşkilatlarıdır.1 aprel 2011-ci il tarixinə respublikada 44 bankın lisenziyası olmuşdur ki, onlardan 1-i dövlət, 43-ü isə özəl bankdır.
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.
Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-ya bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı isə 123-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır
Elan: Şəki şəhərində mənzil tikintisi üçün 6 sot. torpaq sahəsi satılır
Şəki şəhərində, yeni tikilməkdə olan Dövlət Diaqnostika Mərkəzinə yaxın ərazidə (perespektivli zonada) mənzil tikintisi üçün 6 sot. torpaq sahəsi satılır. Bütün lazımi sənədlər qaydasındadır. Qiyməti 10,000 manatdır.
Maraqlananlar təklif və suallarını e-mailimize de göndərə bilərlər. (Əlaqə telefonlarınızı qeyd etməyiniz xahiş olunur.)
Telefon: (070) 917 48 79
E-mail: jurnalistika@rambler.ru
Maraqlananlar təklif və suallarını e-mailimize de göndərə bilərlər. (Əlaqə telefonlarınızı qeyd etməyiniz xahiş olunur.)
Telefon: (070) 917 48 79
E-mail: jurnalistika@rambler.ru
30 04 2011
Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayə sahəsində Türkiyə birinci yerdədir
Bakıda “Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf” mövzusunda keçirilən Türkiyə-Azərbaycan əməkdaşlıq konfransında bildirilib ki, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyatının 71 %-ni təşkil edir. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, tədbirdə qeyd olunub ki, Azərbaycanda 1000-dən çox Türk şirkəti fəaliyyət göstərir. 2002-ci ildən etibarən bu şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoyulub. Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Dövlət planlama təşkilatının xarici əlaqələr baş idarəsinin müdiri Mətin Ekerin deyib ki, Azərbacanın qeyri-neft sektoruna qoyulan sərmayənin həcminə görə, Türkiyə birinci yerdədir. Konfransda Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqənin dinamik inkişafında Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsinin də mühüm rol oynayacağı vurğulanıb.
Mənzil bazarında ucuzlaşma qydə alınıb
2011-ci ilin mart ayı ərzində “Əmlak Bazarı İştirakçıları” İB tərəfindən paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Aparılan araşdırmalar zamanı ötən aylarla müqayisədə aktivliyin artması müşahidə edilib. AgahMedia.Com portalının “Əmlak Bazarı İştirakçıları” ictimai birliyindən aldığı məlumata görə, bünövrəsi qoyulan yeni tikililər arasında əsas üstünlüyü dövlət əhəmiyyətli binalar, yəni satış predmeti olmayan yeni tikililər təşkil etsə də, bazara daxil olan yaşayış binası da qeydə alınıb.
Belə ki, ay ərzində “ANT” şirkətlər qrupu tərəfindən Yeni Yasamal qəsəbəsi, Ə.Talıblı küçəsində 4 bloklu 11 mərtəbəli binanın bünövrəsi qoyularaq satışa daxil olub. Mövsümi faktorlarla müşayət edilən aktivlik ilkin mənzil bazarı binalarının sayında azalma ilə nəticələnib. Belə ki, qiymət baxımından daha ucuz mənzillərin (400-500 manat/1 kv.m) təklif edildiyi Yasamal rayonu ərazisində 5 bina satışdan çıxıb. Satışdan çıxan binalar 3 tikinti şirkətinə məxsusdur. Sözügedən şirkətlər digər binalarına görə hələ də bazar iştirakçısı olaraq qaldığından tikinti şirkətlərinin sayında heç bir dəyişiklik baş verməyib və ötən aydakı kimi 155 ədəd olub. Paytaxt üzrə tikilən yeni tikililərin sayı isə əvvəlki ayda qeydə alınan 442-yə qarşı 438 ədəd olub.
Mart ayında ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində nisbi azalma qeydə alınıb. Orta qiymət 0,8% azalaraq ötən aydakı 1 kv.metr üzrə 848 manata qarşı 841 manat təşkil edib. Ucuzlaşmanın əsas səbəbi mövsümi aktivliklə (ipoteka kreditinin ayrılması və s. təsirlər) əlaqədar olaraq bazarda rəqabətlilik səviyyəsinin artmasıdır. Belə ki, əksər binalarda 14-cü mərtəbədən yuxarı mənzillərin qaldığından sahibkarlar daha ucuz qiymətlər təklif edərək mənzilləri satıb bazardan çıxarmaq istəmələri və s. faktorlardır. Qiymət azalması demək olar ki, bütün rayonlar (xüsusilə Yasamal, Xətai) və kateqoriyalar (əsasən 800-1200 manat arasında olanlar, 83 ədəd) üzrə qeydə alınıbdır.
Mart ayında orta qiymətlər fevral ilə müqayisədə 0,8% azalma (1 kv.metr üzrə 848 manat) ilə yadda qaldı. Rübün və ya ilin əvvəli ilə müqayisədə fərq göstəricisi 0,8% olaraq qalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət azalması 4,4% təşkil edib. Böhran dövrü ilə müqayisədə (2008 sentyabr) bu göstəricidə 29,6% azalma qeydə alınıb.
21 04 2011
Baksell mayın 5-dən manat sisteminə keçəcək
Azərbaycanda ilk mobil operator olan “Baksell Ltd” MMC Cin abunəçilərinin nəzərinə çatdırır ki, 5 may 2011-ci il tarixdən etibarən danışıqlar üçün istifadə olunan kontur tarif sistemi manat sistemi ilə əvəz olunacaq.
AgahMedia.Com portalının adıçəkilən şirkətdən aldığı məlumata görə, yeni sistemə keçid əvvəlki tarif planlarında və xidmətlərdə heç bir dəyişiklik etməyəcək, sadəcə kontur qiymətləri manat ekvivalenti ilə əvəz olunacaq.Abunəçilər balanslarında qalan konturları qurtaranadək istifadə edə biləcəklər. Balansdakı konturlar qurtardıqdan sonra danışıq hesablamaları manatla aparılacaq.
Abunəçilər öz balanslarını pul vahidi ilə artırmaq üçün əvvəlki qaydada danışıq kartlarından istifadə edəcəklər. Hal-hazırda bütün danışıq kartlarının üzərində qiymətlər manatla göstərilir və bu dəyişilməyəçək.
Kontur sistemində olduğu kimi, abunəçilər hər bir zəng və SMS-dən sonra öz balansları barədə məlumat alacaqlar.
Abunəçilərə əvvəlki qaydada kampaniyalar çərçivəsində aylıq bonusların verilməsi davam edəcək. Kontur bonusları aşağıdakı qaydada manat dəyəri ilə əvəz olunacaq:
“Sevimli Cin” abunəçilərinə verilən 1000 kontur 2 AZN-ə bərabər olacaq.
“Sevin Cin” abunəçilərinə verilən 500 kontur 1 AZN-ə bərabər olacaq.
“Qoşa Cin” abunəçilərinə verilən 120 kontur 25 qəpiyə bərabər olacaq, bu da Qoşa Cin tarif paketinə daxil olan cüt nömrələr arasında danışıq üçün 25 şəbəkədaxili danışıq dəqiqəsi deməkdir.
Dəqiqə ilə göstərilən bonuslar, yəni, yeni “Cin” abunəçiləri və hal-hazırda bonus alan Cin abunəçiləri üçün nəzərdə tutulan 25 şəbəkədaxili dəqiqə bonusu olduğu kimi qalacaq.
Müxtəlif tarif paketlərinin manatla qiymətləri haqqında ətraflı məlumat konturdan manata keçid gününə qədər şirkətin www.bakcell.com rəsmi internet səhifəsində yerləşdiriləcək, eyni zamanda Bakcell Müştəri Xidmətləri Mərkəzləri, BakcellİM– lər və diler mağazalarında yayılacaq.
20 04 2011
Amerika prezidentinin ötənilki qazancının çox hissəsi kitab satışından əldə olunub
ABŞ Prezidenti Barak Obama və Birinci Ledi Mişel Obama ötən il 1.8 milyon dollar qazanıblar.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Obama ailəsinin vergi hesabatları göstərir ki, qazancın çox hissəsi prezidentin kitablarının satışından əldə olunub. Cütlüyün gəlirləri ötən il 2009-cu ildəki 5.5 milyon dollardan və 2008-ci ildə qazandıqları 2.6 milyon dollardan az olub. Vergi sənədlərində gəlirlərin azalmasının səbəbi kimi, kitabların satış səviyyəsinin aşağı düşməsi göstərilir. Cənab Obamanın ABŞ Prezident kimi maaşı 395 min olub. Onlar federal və dövlət vergisi üçün 500 min dollardan artıq və 30-dan artıq xeyriyyə təşkilatına 245 min dollar pul ödəyiblər.
19 04 2011
Ali məktəblərə qəbul imtahanlarının vaxtları məlum oldu
TQDK ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günlərini təyin edib.
AgahMedia.Com portalının "SƏS" informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə informasiyanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, III qrup üzrə qəbul imtahanı 3 iyul , I qrup 1 iyul tarixində Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, IV qrup üzrə imtahan 16 iyul Bakı, Naxçıvan, Gəncə, Lənkəran, II qrup üzrə isə 22 iyulda Bakı, Naxçıvan, Gəncə və Şəkidə baş tutacaq.
TQDK sədri vurğulayıb ki, magistraturaya qəbul imtahanlarının II mərhələsi 26 iyun tarixində Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Onun sözlərinə görə, orta ixtisas müəssisələrinə qəbul imtahanları 28 avqust tarixində baş tutacaq: "Ali təhsil müəssisələrinə ixtisas seçimi 24 iyul-2 avqust tarixlərində olacaq. İmtahanlar başa çatdıqdan sonra daxil olan şikayətlərə baxılması üçün 26-28 iyul tarixlərində Apelyasiya Komissiyaları fəaliyyət göstərəcək. Açıq apelyasiya isə 28 iyul tarixində həyata keçiriləcək".
Qeyd edək ki, rus bölməsinin abituriyentləri hər il olduğu kimi qəbul imtahanları vermədən öncə Azərbaycan dili imtahanı verir. Rus bölməsi üzrə Azərbaycan dili imtahanında iştirak etmək istəyənlər 16 iyun saat 18:00-dək öz ərizələrini təsdiq etməlidirlər. Rus bölməsi üzrə 1-ci Azərbaycan dili imtahanı 22 mayda Bakı və bölgə mərkəzlərində, 2-cisi isə 26 iyun paytaxtda təşkil olunacaq.
12 04 2011
Rusiyanın baş naziri 175 min, prezidenti isə 115 min dollar qazanıb
Ən varlı məmur ailəsi isə illik 14 milyon dollar qazancla baş nazirin birinci müavini İqor Şuvalova məxsusdur
Prezident və baş nazir də daxil olmaqla Rusiyanın ali məmurları 2010-cu ildə əldə etdikləri gəlirlər haqda məlumatları açıqlayıblar.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,prezident Dmitri Medvedev 3,3 milyon rubl, yəni təxminən 115 min dollar gəlir əldə edib.
Prezidentin mülkiyyəti də göstərilib, xanımıyla birlikdə dövlət başçısı Rusiyada 367 kvadrat metrlik mənzilə malikdir.
Habelə Dmitri Medvedev Rusiyada banklarda 14 hesabda təxminən 5 milyon rubl, yəni 175 min dollar saxlayır. Prezident ailəsində 2 avtomobil var: 1948-ci ilin "Pobeda" avtomobili və 1999-cu ildə istehsal olunmuş "Folksvaqen qolf".
Vladimir Putin prezidentdən təxminən 50 faiz artıq pul qazanıb. Onun gəlirləri təxminən 175 min dollar təşkil edib.
Baş nazir mülkiyyətində olan 1 torpaq sahəsi, 1 mənzil və 1 qaraj göstərib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Vladimir Putinin xanımı isə ötən il ərzində 146 min rubl, yəni təxminən 5 min dollar qazanc əldə etdiyini göstərib.
Bu arada hökumətdə və prezident administrasiyasında Dmitri Medvedev və Vladimir Putindən dəfələrlə artıq gəlir əldə edən şəxslər az deyil.
Təbii ehtiyyatlar və ekologiya naziri Yuri Trutnev ötən il təxminən 115 milyon rubl, yəni təxminən 4 milyon dollar qazandığını göstərib. O, ən varlı hökumət üzvü sayılır. Ancaq hökumətdə ən varlı ailə baş nazirlin birinci müavini İqor Şuvalovun ailəsidir.AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, xanımıyla birlikdə cənab Şuvalov ötən il təxminən 14 milyon dolar pul qazanıb, özüdə bunun acaq 500 min dolları baş nazirlin birinci müavinin qazancıdır. Qalan pulları onun xanımı qazanıb.
Ümumən ali məmurların illki gəliri əsas etibarıyla təxminən 100 min dollarla 200 min dollar arasındadır. Əksəriyyat Rusiyada torpaq sahələri və mənzillrə malikdilər. Düzdür, Böyük Britaniyada, İtaliyada və Monakoda mülkiyyətini göstərənlər var.
Avtomobillər arasında "Mersedes" və "Toyota" tez tez göstərilir. Eyni zamanda bəzi məmuralr "Bentli" və "Porşe" avtomobillərinə malik olsını da gizlətmirlər.
Kaydol:
Kayıtlar (Atom)






