30.10.2013

Soçi Qış Olimpiya Oyunları öz tarixində ən bahalı yarışma olacaq

Gələn il Soçidə keçiriləcək Olimpiya Qiş Oyunlarına artıq 100 gün qalır. Rusiyanın post-sovet dövrünün ən böyük idman hadisəsi sayılan bu oyunların hazırlıq işlərinə xərclənən pulun miqdarı 51 milyard dollara çatıb. Sərf olunan məbləğ əvvəl planlaşdırılandan 4 dəfə artıqdır. Bununla da Soci Qış Olimpiya Oyunları olimpiya tarixində ən bahalı yarışma olacaq. Oyunların keçiriləcəyi məkanların çoxunda işlər artıq yekunlaşıb. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Olimpiya Stadionunda isə işlər hələ də davam edir. Bu ayın əvvlində aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, yarışma zamanı telefon danışıqları dinləniləcək və internet trafiklərinin şəbəkələrarası mübadiləsi də nəzarətdə olacaq. (İ TV)