12.04.2011

ABŞ-dan Serj Sarkisyana növbəti siqnal…

Erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu nəzarət altında saxlamaqda davam edirlər. ABŞ Dövlət Departamentinin rəsmi saytında verilən məlumata görə, bu barədə departamentin 2010-cu ildə Ermənistanda “İnsan hüquqlarının vəziyyəti” ilə bağlı hesabatında bildirilir.

AgahMedia.Com portalının "ANS PRESS"-ə istinadən məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycanla sərhəddə və Dağlıq Qarabağ münaqişəsinin cəbhə xətti boyunca quraşdırılmış minalar ölüm hallarına səbəb olmaqda davam edir. Minaların partlaması nəticəsində 2010-cu il ərzində 12 hərbçi yaralanıb, bir mülki şəxs həlak olub. Hesabatda həmçinin deyilir ki, Ermənistanda insanların hüquq və azadlıqları bir necə sahədə kobud şəkildə pozulur.