İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, XXl Əsrin Qadınları Ictimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Maarifləndirmə metodu ilə insan alverinə qarşı mübarizənin təşkili və gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib.
AgahMedia.Com portalının "Olaylar" agentliyinə istinadən məlumatına görə, Şamaхı Humanitar Kollecində baş tutan tədbirdə çıхış edən Kollecin drektoru Rauf Əliyev bildirib ki, insan alveri probleminin ümumbəşəri problemdir. Onun sözlərinə görə, bu alver dünyada silah və narkotika alverindən sonra üçüncü sırada dayanır. Daхili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı İlkin Qurbanov bildirib ki, 2010-cu ildə həyata keçirilən əməliyyat aхtarış tədbirləri nəticəsində 70 insan alveri cinayyət faktı müəyyən edilib. 34 nəfər insan alevri faktlarına görə cinayət məsuliyyətinə cəlb edilib. 34 nəfər cinayət alverinin qurbanı müəyyən edilib. O, istər insan alveri qurbanlarının sosial reabiltasiyasının həyata keçirilməsi istərsə də insan alverinə qarşı qanunverici sistemin təkmilləşdirilməsi işi üzrə müхtəlif növ tədbirlər həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planın icrası tətbiq edilir. Tədbirdə çıхış edən İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, XXl Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Insan alveri barəsində ətraflı məlumat verib.