12.04.2011

İtin üzərinə it kimi hürən adam məhkəməyə çıxacaq

Dünyanın bütün mühafizə orqanlarında belə bir qayda var: əməkdaşlar xidməti vəzifələrini həyata keçirərkən onları təhqir edən şəxs cinayət məsuliyyəti daşıyır və buna görə qanun qarşısında cavab verməlidir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə , həmin bu qanun ABŞ-da xidməti itlərə də şamil edilir.
Bu səbəbdən Ohayo ştatının sakini Rayan Ceyms Stefens patrul maşınındakı polis itinin üstünə bərkdən hürdüyünə görə, məhkəmə qarşısında dayanacaq.
İnsident ötən bazar günü Tsintsinatti şəhərin kənarında baş verib. Polis zabiti Bredli Uoker iti ilə bərabər növbədə olub. Şəhərin küçələrinin birində yol nəqliyyat hadisəsi zamanı Uolker patrul maşınından çıxıb hadisə yerinə gedib. Polis raportunda qeyd edir ki, bir müddət sonra maşınındakı itin dayanmadan hürdüyünü eşidib. Uolker maşının yanına gələndə orada bir gənc oğlanla qarşılaşıb. 25 yaşında Stefans adlı bu gənc itin hürməsinə it kimi cavab verirmiş. Bununla da o, xidməti vəzifəsini yerinə yetirən itə sataşırmış.
Stefans aprelin 21-də məhkəmə qarşısına çıxacaq. İttiham sübut olunarsa, onu böyük məbləğdə cərimə gözləyir.