Məşhur Amerika müğənnisi Toni Brekston özünü yenidən müflis elan edib. Mütəxəssislərin hesablamalarına görə, Toni bir neçə şirkətə 50 milyon dollar borcludur və bu borcu ödəyə bilmir. Bu günlərdə 43 yaşlı müğənni maliyyə sıxıntısı çəkdiyini rəsmi şəkildə bəyan edib. Məşhur «Un-Break My Heart», «Breathe Again», «You’re Makin’ Me High» hit- mahnılarının ifaçısı qeyd edib ki, onun borclarının cəmi 10 milyona qədərdir. Lakin ekspertlərin hesablamalarına görə, Toni səhv edir. Burda söhbət 10 milyondan yox, 50 milyon olduğundan gedir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, müğənninin borclularının siyahısına bahalı otellər, tibbi mərkəzlər, zərgər və avtomobil brendləri, banklar və hətta Los-Ancelesdəki maşın saxlanma qaydalarının pozulması bürosu daxildir. Qeyd etmək lazımdır ki, Toni Brekston birinci dəfə deyil ki, özünü müflis elan edir. Müğənni1998-ci ildə maliyyə sıxıntısı ilə baş- başa qalıb.