14.10.2010

Ancelina Coliyə qadağa qoyuldu


AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Bosniya və Hersoqovina Hollivud ulduzu Ancelina Coliyə bu ölkədə film çəkməyə icazə verməyəcək. Aktrisa bir qədər əvvəl bəyan etmişdi ki, filmdə bu ölkənin siyasi həyatındakı aspektlərə toxunulmayacaq. Buna baxmayaraq, ictimai təşkilatlar buna şübhə ilə yanaşıb. Etiraza səbəb kimi isə tamam başqa nüans, sənədlərin düzgün olmaması əsas göstərilib.Qeyd edək ki, Ancelina Coli Bosniya savaşında zorlanan bir qadının həyatından bəhs edən filmdə həm baş rolu ifa edəcək, həm də rejissor vəzifəsini yerinə yetirəcək. Bu filmlə aktrisa ilk dəfə rejissor kimi özünü göstərmiş olacaq. Filmdə 1992-1995-ci illərdə baş verən savaşda bir serbin təcavüzünə məruz qalan bosniyalı qadının daha sonra onu zorlayana aşiq olmasından və müharibənin ağır günlərindən söhbət açılacaq.