14.10.2010

«Bank of Baku» 500 000-ci istehlak kreditini illik 1 faizlə rəsmiləşdirdi

Bu gün Bank of Baku 500 000-ci istehlak kreditini rəsmiləşdirib.
AgahMedia.Com portalının adıçəkilən banka istinadən məlumatına görə, 500 000-ci kredit Bank of Baku-nun “Nəsimi” filialına müraciət edən Azər Qədirova verilib. Müsbət kredit tarixçəsinə malik olan A.Qədirova 2500 ABŞ dolları məbləğində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq - illik 1% dərəcəsi ilə kredit ayrılıb.