11.10.2010

Tarkanın yeni klipinə “Palmali” şirkətlər qrupu sponsorluq etdi

Bundan əlavə, “Palmali” şirkətlər qrupunun sposorluğu ilə İstanbul harbiyə konsert salonunda 8 konsert proqramı həyata keçirilib Meqastar Tarkan son - 8-ci “Adımı kalbine yaz” albomunun ilk klipini çəkdirib. AgahMedia.Com portalının ANS TV-yə istinadən məlumatına görə, musiqi toplsunun 5-ci mahnısı olan “Öp” klipi “Palmali” şirkətlər qrupunun sponsorluğu ilə lentə alınıb. Qeyd edək ki, meqastar ad gününə - oktyabrın 17-dək “Pal” fm-in qonağı olacaq. Bundan əlavə, “Palmali” şirkətlər qrupunun sposorluğu ilə İstanbul harbiyə konsert salonunda 8 konsert proqramı həyata keçirilib. Daha 2 konsert proqramı da planlaşdırılır. “Öp” klipinin rejissoru Nadir Bekar, ssenari müəllifi Mertkal Kanıbellidir. Mahnının söz və musiqisi Sezen Aksuya aitdir. “Öp” klipi İstanbulda şəhərin 10 müxtəlif məkanlarında, eyni zamanda “Pal” fm-in binasında lentə alınıb. Musiqi nömrəsi üzərində 130 nəfərlik yaradıcı heyət çalışıb. Müğənni isə klipin montajının tamamlanmaq üzrə olduğunu, ilk dəfə öz adına olan saytda nümayiş olunacağını deyib: ““Öp”ün klip montajı tamamlanmaq üzrədir. Məncə, çox gözəl bir ideya oldu. Çox yaxında ilk dəfə olaraq tarkan.com-da. Qaçırmayın”.
Yeni klipi ilə 38 yaşlı dünya şöhrətli pop ifaçısı daha bir rekorda imza atıb. Qeyd edək ki, 10 gün içərsində klipə 110 min dəfə baxılıb. “Öp”də Tarkan eşqbaz bir çətəçi rolunun canlandırır.