Amerika və Yaponiyada hər yüz nəfərdən 20-si, Avropa Birliyi ölkələrində hər 100 nəfərdən 50-si kitab oxuyur.
AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə,Türkiyədə isə hər 100 nəfərdən yalnız yeddisi kitab oxuyur. Bu kateqoriyada Türkiyə dünya sıralamasında son yerlərdən birini tutur. Egey Universitetinin müəllimi, professor Fazil Gökçək Türkiyədə oxuma vərdişinin keçmiş illərdə də yaxşı vəziyyətdə olmadığını, amma son illərdə daha da pisləşdiyini söyləyib. Kitab satıcıları da bunu təsdiqləyir. Türkiyədə ən çox rəğbət görən kitablar populyar eşq romanları, detektivlər və silsilə romanlardır.