Koreya Xarici Dillər Universitetinin Türk-Azərbaycan Dilləri Fakültəsində “BUTA Azərbaycan Mədəniyyət Dərnəyi” fəaliyyətə başlayıb.
Dərnəkdə BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova Koreyalı tələbələrə Azərbaycanın milli rəqslərini öyrədəcək. BUTA AKTT, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə aşılayacaq. Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə “danışıq dərsləri”nin təşkil olunması da nəzərdə tutulub AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, Koreyadakı Azərbaycan Səfirliyi “BUTA Azərbaycan Mədəniyyət Dərnəyin”ə dəstək olaraq Azərbaycan haqqında məlumat xarakterli materiallar vermiş, rəqs dərslərində istifadə olunması üçün milli paltarlarla təmin etmişdir. Məlumat üçün nəzərinizə çatdıraq ki, 2008-ci ilin sonunda KXDU-da rəsmi olaraq Türk-Azərbaycan dilləri fakültəsinin yaradılması haqqında qərar qəbul edilib. Fakültənin fəaliyyətə başlaması üçün hazırlıq işləri uğurla başa çatdıqdan sonra 2009-cu ilin yaz semestrindən etibarən Azərbaycan dili kurslarının tədrisi başlanılıb.