27.10.2010

Tariq Əziz edama məhkum olundu

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Səddam Hüseynin hakimiyyəti dövründə İraqın beynəlxalq aləmlə əsas təmas siması olmuş Tariq Əziz İraqın Ali Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunub.
O, dini partiyaların təqibi ilə bağlı günahkar bilinib. Əziz Səddam Hüseynə yaxın müşavir, xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışıb. Bundan əvvəl o onlarla tacirin möhtəkirlik ittihamı ilə edam edilməsindəki roluna görə həbs cəzasına məhkum edilmişdi. Əzizin iflic keçirdikdən sonra ağır xəstə olduğu xəbər verilir. İraq dövlət televiziyasının verdiyi məlumata görə, "ali məhkəmə dini partiyaların məhv edilməsindəki roluna görə Tariq Əzizi ölüm cəzasına məhkum edib."
Özü xristian olan Əziz 2003-cü ildə Bağdadın süqutundan az sonra Amerika qüvvələrinə təslim olmuşdu.
2009-cu ildə o 42 iraqlı tacirin edamına görə 15 illik həbs cəzasına məhkum edilmişdi.