27.10.2010

Madonnanın yeni biznesi

“Los Angeles Times” qəzetinin musiqi bloqunda xəbər verilir ki, Madonna fitnes- mərkəzləri şəbəkəsi açmaq niyyətindədir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Birləşmiş idman sağlamlıq klubları şəbəkəsi "Hard Candy" (Karamel) adlanacaq. "Hard Candy" pop-müğənninin 2008-ci ildə buraxılmış 11-ci studiya albomunun adıdır. Klublarda interyerindən tutmuş məşğələlər üçün musiqilərin seçiminədək hər şey Madonnanın zövgünü əks etdirməlidir. Gözlənildiyinə görə, ilk belə fitnes-klub şəbəkəsi noyabrın 29-da Meksikada açılacaq. Sonra sağlamlıq mərkəzləri Argentina, Braziliya və bir neçə Avropa və Asiya ölkələrində fəaliyyət göstərəcək.
Madonnanın fitnes-klublar açması onun əsas işinə dəxli olmayan ilk layihəsi deyil. Belə ki, bundan əvvəl müğənni özünü uşaq yazarı, model, kinorejissor və dəbli dizayner qismində də sınayıb.