AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Minsk Qrupu həmsədrlərinin Qarabağ ətrafında erməni qüvvələrinin nəzarəti altında olan ərazilərdə monitorinqlə bağlı bəyanatı Ermənistanın hakim koalisiya partiyalarının narazılığını doğurub. 
Ermənistan Respublikaçılar Partiyasının təmsilçisi bəyanatda “Dağlıq Qarabağı əhatə edən işğal edilmiş ərazilər” ifadənin qəbuledilməz olduğunu bildirib. Firavan Ermənistan Partiyasının nümayəndəsi Naira Zohrabyan isə deyib ki, bu tərzdə tərtib olunmuş ibarələr problemin dinc yolla həllinə xidmət etmir. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Respublikaçılar Partiyasının nümayəndəsi Karen Avaqyan Minsk Qrupu həmsədrlərinin bəyanatında səhv termin işlədildiyini bildirir. Erməni millət vəkili “okupasiya” – “işğal” sözünün həqiqi vəziyyəti düzgün əks etdirmədiyini nəzərdə tutur:
“Qarabağ Konstitusiyasına əsasən, sözügedən ərazilər birmənalı Qarabağın əraziləri kimi qəbul olunur. Və, ümumiləşdirilərək, onların təhlükəsizlik zolağı olduğu dəqiq qeyd olunur”. Xatırladaq ki, Minsk Qrupunun bəyanatında deyilirdi ki: “ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarbağı əhatə edən işğal edilimş ərazilərdə planlaşdırdıqları səhra qiymətvermə missiyasını başa vurublar”. 
Həmin bəyanatın başqa bir hissəsində də deyilirdi ki: “Missiyaya başlamazdan, oktyabrın 6-da, missiyanın təfərrüatlarını və iştirakçılarını təqdim etmək üçün, Minsk Qrupu həmsədrlərinin Azərbaycanın prezidenti İlham Əliyevlə və Ermənistanın prezidenti Serj Sarkisyanla ayrı-ayrı görüşləri olub. 
Belə bir görüş də onlar oktyabrın 7-də Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə Stepanakert-Xankəndində keçiriblər”.
Barqavac Hayastan (Firavan Ermənistan) Partiyasının parlament təmsilçisi Naira Zohrabyanın sözlərinə görə: “Əlbəttə, onlar deyə bilərlər ki, hələ 1992-ci ildən ATƏT-in bütün sənədlərində “Stepanakert-Xankəndi” söz birləşməsi işlədilir. 
Lakin Minsk Qrupunun Həmsədrləri münaqişənin, müstəsna olaraq, dinc yolla həll olunmasının zəruriliyinə dair öz bəyanatlarına sadiqdirlər və mövqeləri qərəzsizdirsə, onda işğal edilmiş ərazilər” ifadəsi, məncə, qərəzsizlik təzahürü hesab edilə bilməz. 
Və, nəhayət, artıq Minsk Qrupu həmsədrlərinin ümumi ifadələrdən sırf dəqiq və dürüst ifadələr işlətməyə keçmək və konkret qiymətlər verməyin vaxtıdır”. 
Çaylı hadisələrindən sonra da, Naira Zohrabyanın sözlərinə görə, həmsədrlər öz bəyanatlarında, ümumi ifadələr işlədərək, tərəfləri döyüşgən bəyanatlar verməkdən çəkinməyə çağırdılar. Bir halda ki, döyüşgən bəyanatların müəllifi erməni tərəfi deyil, deyir Naira Zohrabyan. 
Erməni millət vəkilinin sözlərinə görə, “Hərbi büdcəsini külli miqdara çatdıran Azərbaycandır. Və ATƏT-in Minsk Qrupu həmsədrləri buna konkret qiymət verməlidirlər”. 
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Firavan Ermənistan Partiyasının təmsilçisi Naira Zohrabyan Ermənistanın Xarici İşlər Nazirliyini də fəaliyyətsizlikdə suçlayır. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi təxirəsalmadan erməni tərəfi narahat edən, xüsusilə Minsk Qrupu həmsədrlərinin son bəyanatı ilə bağlı, məsələləri daha konkret tərtib etməli və Minsk Qrupu həmsədrlərinə təqdim etmlidir. Erməni siyasətçisinin etirazları ilə yanaşı qeyd olunmalıdır ki, BMT və ATƏT-in bütün sənədlərində həmin torpaqlar "işğal olunmuş" termini ilə təsvir edilir. Bunu BMT-nin münaqişəyə dair qəbul etdiyi qətnamələrdə də görmək olar.