23.10.2010

Britaniyada buxarla işləyən kompyuter yaratmaq istəyirlər

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Britaniyada bu təklifin 1600-dən çox tərəfdarı onu gerçəkləşdirmək üçün artıq lazım olan vəsaitin toplanması kampaniyasına baş vurub.
İlk dəfə belə bir buxarla işləyən kompyuterin yaradılması fikri 1837-ci ildə ortaya çıxmışdı. İdeyanın müəllifi İngiltərə mühəndisi Çarlz Bəbic (Charles Babbage) analitik mühərrik yaratmaq əzmində idi. Bu kompyuterin ayrı-ayrı hissələri 173 il bundan əvvəl hazırlansa da buxarla işləyən kompyuterin modeli tamamlanmamış qaldı. İndi belə bir analitik maşının bərpası və tamamlanması kampaniyasının fəalları 50 minə qədər tərəfdarın dəstəyini və maliyyə yardımını qazanmağa ümid bəsləyirlər.
Kompyuter tarixçisi doktor Doron Sveyd (Doron Swade) hesab edir ki, belə bir çihazın təzədən yaradılması insanları maraqlandıran suala cavab verə bilər: "Görəsən, Viktorian dövründə informasiya dövrü yaşanıbmı?"
Riyaziyyatçı mühəndis Çarlz Bəbicin yazılarını araşdıranda görmək olar ki, onun buxar təhlil cihazı əslində ilk real kompyuterin modeli imiş - onun genişlənə bilən yaddaşı, mikrokodu, printeri olub və hətta onu xüsusi krtlarla proqramlaşdırmaq da mümkün idi.
Sxemlərə əsasən, belə kompyuterin ölçüsü indiki kiçik yük maşını ölçüsü qədər olmalı idi.
Doktor doron Sveyd əmindir ki, mühındis Bəbicin buxar kompyuteri yaransaydı o, ən azı kalkulyator kimi işləyəcəkdi.