Mərkəzi Bankın təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin (ATTF) ekspertləri Mərkəzi Bankda seminarlar keçirib. 
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, ATTF-in eksperti Stefano Bragoli tərəfindən “Bazel II” mövzusunda keçirilən seminarda iştirakçılara Basel II Kapital Sazişinin tələblərinə əsaslanaraq bankın məcmu kapitalının hesablanmasındakı təkamülün mühüm aspektləri barəsində məlumat verilmişdir. İştirakçılar həmçinin banklarda risklərin idarə edilməsi ilə məşğul olan bölmələrdə bir qayda olaraq qarşıya çıxan məsələlərin həllində istifadə olunan kredit risklərini ölçən mühüm nəzəri əsaslar və praktik üsüllarla da tanış oldular.

Seminarda ekspert nəzəri təqdimatlarla yanaşı fəal fikir mübadiləsi təşkil etmiş, xüsusilə maliyyə risklərinə dair problemlərin həlli yolları araşdırılmış, praktik tapşırıqlar işlənmişdi. Bir neçə mühüm riyazi və statistik konsepsiyalardan da bəhs edilmişdi. İştirakçılar risklərin ölçülməsinə dair başlıca nəzəri əsaslar ətrafında müzakirələrə də həvəslə qoşulmuşdular.
Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilən digər seminar isə ATTF-in eksperti Jerar de Bok tərəfindən “Kommunikasiya bacarıqları” mövzusuna həsr edilmişdir.
Seminarda ekspert iştirakçıları təşkilatlarda kommunikasiya prosesinin müxtəlif aspektləri və nəticələrinə dair real praktiki misallarla əsaslandırılmış məlumatla təchiz etmiş, iştirakçılara öz aralarında və mühazirəçi ilə fikir mübadiləsi aparmağa imkan yaratmışdı. Seminar iştirakçıları interaktiv çalışmaları da həvəslə yerinə yetirmişdilər. Seminarda Mərkəzi Bankın müxtəlif departamentlərinin əməkdaşları ilə yanaşı internaları da iştirak etmişdir.