6.10.2010

Mərkəzi Bank “MasterCard” beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “MasterCard” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ”Kart bazarında fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirmişdir.
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, seminarda “MasterCard”-ın risk servisləri üzrə biznes lideri Cem Kibaroğlu tərəfindən emitent və ekvayrinq fəaliyyətində fırıldaqçılığa qarşı mübarizənin təşkili, bu sahədəki beynəlxalq təcrübə və risklərin qarşısının alınması üçün zəruri tədbirlər, həmçinin elektron ticarətdə risklərin idarə edilməsi mövzusunda ətraflı məlumat verilmişdir.
Seminarda Mərkəzi Bankın, dövlət qurumlarının və həmçinin ölkədə fəaliyyət göstərən bankların nümayəndələri iştirak etmişdir.