6.10.2010

Macarıstan hökuməti fövqəladə vəziyyət elan etdi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,buna səbəb gil-torpaq zavodundan çıxarılmış zəhərli yağın saxlanıldığı su anbarında bəndin aşması olub.
Son məlumatlara əsasən indi bəndin ikinci hissəsində çatlaq əmələ gəlib. Yaxınlıqdakı kənd artıq boşaldılıb. Macarıstanın qərbindəki bəndin bazar ertəsi aşması nəticəsində üç nəfərin həlak olduğu, 100-dən çoxunun xəsarət aldığı bildirilir. Çox sayda adamın yandığı xəbər verilir. Bir neçə nəfər itkin düşüb. Məlumatlara görə, zəhərli yağı bərkitmək və daşqının qarşısını almaq üçün su anbarına gips tökülür.