6.10.2010

BP-nin yeni prezidenti Azərbaycana gəldi

BP Qrupunun yeni prezidenti Robert Dadli şirkətin keçmiş prezidenti Toni Heyvordla birlikdə dünən Azərbaycana iki günlük işgüzar səfərə gəlib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bu səfər BP qrupu baş icraçı şəxslərinin işləri bir-birinə təhvilvermə prosesinin bir hissəsi kimi planlaşdırılıb. Bu barədə BP Azərbaycan şirkətinin yaydığı pres-relizdə deyilir. Cənab Dadli BP qrupunun yeni prezidenti kimi öz vəzifəsinin icrasına bu il oktyabr ayının 1-dən başlayıb. O, Prezident İlham Əliyevlə və Dövlət Neft Şirkətinin rəhbərliylə görüşəcək. Robert Dadli Meksika Körfəzində neftin dağılmasına görə tənqidlərlə üzləşən BP-nin keçmiş prezidenti Tony Hayward istefa verdikdən sonra bu vəzifəyə təyin olunub. O, Meksika Körfəzində neftin təmizlənməsi əməliyyatlarına rəhbərlik edib.
Cənab Dadli BP-ə 1999-cu ildə qoşulub və idarə heyətinə ötən il gəlib. O, BP-nin Rusiyadakı birgə müəssisəsi olan TNK-BP-ə rəhbərlik edib.