“Gələn il Azərbaycanda inflyasiyanın 5 faizdən çox olacağı riski var və biz bunun üzərində işləyirik”. Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 11-də jurnalistlərə açıqlamasında belə deyib. AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə,Elman Rüstəmov deyib ki, Azərbaycana olduqca çox inflyasiya idxalı var. Mərkəzi Bankın sədri buna misal kimi Azərbaycana gətirilən taxıl və taxıl məhsullarının qiymətinin artmasını göstərib: “Hətta 2010-cu ildə də biz inflyasiyanın artdığını hiss etməyə başlamışıq. Mövsümi inflyasiya dövrü arxada qalıb. İndi sentyabrın rəqəmlərini gözləyirik. Görək Dövlət Statistika Komitəsi bunu necə ümumiləşdirəcək. İnflyasiyanın artması təhlükəsi olsa, Mərkəzi Bank payız və qış siyasətində buna baxacaq. Hazırda bunun üzərində işləyirik”. Elman Rüstəmov qeyd edib ki, dolların məzənnəsinin dəyişməsi makroiqtisadi vəziyyətdən asılı olacaq.