8.10.2010

“Eurovision-2011”-in keçiriləcəyi şəhərin adı açıqlandı

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, gələn ilin mayında Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.Almaniya mətbuatının yaydığı məlumata görə, “Eurovision-2011” müsabiqəsi Düsseldorf şəhərində təşkil ediləcək. Almaniyanın NDR telekanalı və Avropa Yayım Birliyinin qərarı ilə 4 namizəd şəhər arasından (Berlin, Hamburq, Hannover və Düsseldorf) məhz Düsseldorf seçilib. Əlavə edək ki, Almaniyanın mühüm iqtisadi mərkəzi hesab olunan Düsseldorf şəhərinin 590 min əhalisi var.