2.10.2010

Milli internet mükafatı üzrə növbəti musabiqəyə start verildi

Oktyabrın 1-dən başlayan müsabiqənin qaydalarında müəyyən dəyişikliklər edilib . AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə , ötən ildən fərqli olaraq, nomiyasiyaların sayı artırılaraq 14-ə çatdırılıb. Bundan başqa, ötən il olduğu kimi qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, Azərbaycan internet forumu tərəfindən formalaşdırılan peşəkarlardan ibarət münsiflər heyəti aparcaq. Münsiflərə aidiyyatı olan saytların isə müsabiqədə iştirakına yol verilmir. Qeydiyyat prosesi noyabrın sonunda yeknlaşacaq. Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə milli net-in tuncdan hazırlanmış xüsusi mükafatı –hörümçək əks olunan buta təqdim olunacaq.
Milli Net müsabiqəsinin keçirilməsində məqsəd ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarının təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Ümumiyyətlə ölkədə informasiya texnologiyalarına, internet texnologiyasına dəstək vermək, onu stimullaşdırmaq üçün müsabiqənin mühüm rolu var. Həm də bizim müsabiqənin əsas şərtlərindən biri odur ki, əgər milli internet resursunun Azərbaycan dili versiyası yoxdursa, rus və ya ingilis dilindədirsə, o müsabiqəyə buraxılmır.