14.10.2010

Dünya əhalisinin sərvətinin məbləği açıqlandı

 «Credit Suisse» beynəlxalq maliyyə qurumunun hazırladığı hesabata görə, 2000-ci ildən bu yana 4,4 milyard nəfərin sərvəti 72 faiz artıb. Amma bu, hələ son deyil. Proqnozlara görə, 2015-ci ildə bu rəqəm daha 61 faiz artaraq 315 trilyon dollara çatacaq. AgahMedia.Com portalının İTV-yə istinadən məlumatına görə, hesabatda bildirilir ki, hazırda dünya əhalisinin 2,4 milyon nəfərinin 1 milyon dollardan çox sərvəti var. 3 milyard nəfərin isə ən az – 10 min dolları var. Bu, o deməkdir ki, əhalinin 68,4 faizinin ümumi məbləğdə payı cəmi 4,2 faizdir. Ölkələr arasında ən böyük sərvət isə ABŞ-a məxsusdur- 54 trilyon 600 milyard dollar. Amerikanı 21 trilyon dollarla Yaponiya, 16 trilyon dollarla Çin izləyir. Almaniya və İngiltərəni geridə qoyan Fransa isə 12 trilyon 100 milyard dollarlıq sərvətlə 4-cü yeri tutaraq «Avropanın ən varlı ölkəsi» adını qazanıb.