25.10.2010

740 min dollarlıq telefon nömrəsi

Küveytdə 555 55555 mobil telefon nömrəsi 740 min dollara satılıb.
AgahMedia.Com portalının "SƏS" agentliyinə istinadən məlumatına görə, telefon nömrəsi müştərilərin çox olduğu otellərdən birində auksiona çıxarılıb. Auksionu GSM operatorlarından biri təşkil edib.Əvvəllər Küveytdə təşkil olunan auksionda 9000 0000 telefon nömrəsi 413 min dollara satılıb. Təbii ehtiyatlarla zəngin körfəz ölkərindən Qətərdə isə 2006-cı ilin mayında 666 6666 telefon nömrəsi 2,7 milyon dollara sahibini tapıb. Daha əvvəl isə Çində 8888 8888 nömrəsi 410 min dollara satılıb.