UEFA Ukrayna və Polşanın 2012-ci il Avropa futbol çempionatını keçirməyə korrupsiya yolu ilə nail olmalarına dair ittihamlara sübut tələb edib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Kiprdən yüksək rütbəli futbol rəsmisi bu barədə iddialarını Alman qəzetinə bildirib. Spyros Maranqos deyib ki, səsvermə saxtalaşdırılıb. Ukrayna və Polşanın Avro 2012-ci il çempionatını keçirmək hüququ qazanması sürpriz bir seçim idi. UEFA-nın 12 İcraçı Komitə üzvlərindən 8-i 2007-ci ilin aprelində bunun üçün səs vermişdilər. O zaman İtaliya və Macarıstanla Xorvatoya da çempionatın keçirilməsi üçün favoritlər arasında idi. Alman qəzeti Suddeutsche Zeitung (zuddöyçe zaytunqa) görə, UEFA rəsmilərinə rüşvət verilib. Qəzet yazıb ki, Kiprin Futbol Assosiasiyasının rəhbəri Spiros Maranqosun əlində UEFA idarə heyətinin 5 üzvünün verdiyi səslərin müqabilində 11 milyon avro rüşvət almasına dair dəlil-sübut var.
UEFA bu iddiaların əssasız olduğunu deyib və çərşənbə gününədək iddialara sübut istəyib.