23.03.2013

Planetin ən varlı futbolçuları siyahısında Devid Bekhem liderdir


Fransanın “Paris Saint-Germain” klubunda çıxış edən britaniyalı Devid Bekhem planetin ən varlı futbolçuları siyahısına başçılıq edir. Goal.com saytının versiyasına görə, futbolçunun varidatı 261 milyon dollar təşkil edir. AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Devid Bekhem bu sıralamada iki digər ulduzu qabağlayıb - Lionell Messi (Barselona) və Cristiano Ronaldonu (Real). Messinin var-dövləti 172 mln dollar, Ronaldonunku isə 167 mln dollar təşkil edir. Dördüncü yerdə Realın oyunçusu Kaka durur, onun 99 mln dolları var. Varlı futbolçuların siyahısında braziliyalı Ronaldinho ( Atletico Mineiro) 5-ci yerdə gedir. Onun 94 milyonu var. Mahaçqalanın Anji klubunun oyunçusu Samuel Etonun 78 mln dolları var. O, bu sıralamada 6-cı yerdədir. İlk onluğa daha 4 ulduz futbolçu daxildir: 7. Wayne Rooney – 74,5 mln.dollar, 8. Zlatan Ibrahimovic – 70 mln.dollar, 9. Rivaldo – 68 mln.dollar, 10. Rio Ferdinand – 63 mln.dollar. Bu reytinq tərtib edilərkən hər bir futbolçunun maaşı, bonusları, reklam kontraktları və müxtəlif aktivləri nəzərə alınıb.

Qaynaq:http://agahmedia.com/2013/03/19/planetin-ən-varli-futbolcularinin-siyahisinda-devid-bekhem-liderdir/