9.04.2011

Rusiyanın ən bahalı və ən ucuz regionları…

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya statistika idarəsi ölkədəki 271 yaşayış məntəqəsində yaşayış dəyərinin indeksini hesablayıb. Burada ölkə üzrə standart tələbat zənbilinin dəyəri çıxarılıb və müxtəlif bölgələrdə müvafiq zənbilin qiymətinin orta dəyərdən nə qədər seçilməsi hesablanıb.
Ən bahalı yaşayış məntəqələri Çukotkadadır. Məsələn, buradakı Bilibino şəhərindəki qiymətlər orta ölkə göpstərigisindən 2 dəfədən də çox artıqdır. Ümumən gözlənildiyi ki, ən bahalı məntəqələr iri şəhərlər, Sibirin neft və qaz hasil edilən şəhərləri və Çukotka və Saxalindəki şəhərlərdi.
Ən ucuz yer isə Saratov vilayətidir. Məsələn, buradakı Balaşov şəhərindəki yaşayış dəyəri orta ölkədəkindən təxminən 25 faiz azdır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Ümumən əsas etibarıyla ölkənin cənubunda və Şimali Qafqazda yerləşən yaşayış məntəqələrində nisbi ucuzluqdur.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Dünyada dollar milyardçılarının sayına görə birinci yer tutan Moskva rəsmi statistikaya görə, heçdə ən bahaçıl yer deyil. Buradakı yaşayış dəyəri orta göstəricilərdən ancaq 26 faiz çoxdur.
Hərçənd ki, bəzi ekspertlərə görə, sözügedən tədqiqat xeyli təxminidir və burada bir sıra başqa məqamlar nəzərə alınmayıb. Məsələn, əhalinin gəliri, bir yaşayış məntəqəsində eyni malların qiymət fərqi və s. məqamlar nəzətrə alınmayıb.