Azərbaycan şəhərlərindən biri Avropa Şurasının “Mədəniyyətlərarası şəhərlər” (İntercultural cities project) proqramına daxil edilə bilər.Bunu Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs Departamentinin direktoru Robert Palmer deyib. 
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Robert Palmer Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin onun Azərbaycanın bir neçə şəhərinə səfərini təşkil etdiyini söyləyib. 
O, Azərbaycanın Avropa Şurasının ölkələr arasında mədəniyyət sahəsində dialoqun inkişafına yönəlmiş “Artistlər dialoq naminə” layihəsində də iştirak etdiyini xatırladıb. Onun sözlərinə görə, bu cür dialoq münaqişələrin həlinə də təsir göstərə bilər.