26.11.2010

Rusiyalı jurnalist həmkarlarını sərt tənqid edib

Rusiyanın ən tanınmış jurnalistlərindən biri ölkədə televiziyanın keyfiyyətini sərt tənqid edib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Leonid Parfyonov deyib ki, Rusiya televiziyasındakı xəbər bülletenləri hakim dairələrin PR-dır. Əməyinə görə mükafat alandan sonra çıxış edən cənab Parfyonov bildirib ki, Rusiyanın televiziya müxbirləri artıq jurnaist deyil, dövlətə xidmət edən bürokratlardır. O deyib ki, Rusiya əhalisinin hökumətə tənqidi yanaşan dörddə birinin mövqeyi qulaq ardına vurulur.