26.11.2010

"Eurovision-2011"-in ikinci yarımfinalçısı Nurlan Növrəsli oldu

Noyabrın 26-da İctimai TV-nın canlı efirində keçirilən "Eurovision 2011" Milli Seçim turlarının ikinci həftəsinin yarımfinalçısının adı məlum olub. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, müğənni Nuralan Növrəsli finala vəsiqə qazanan 7 iştirakçıdan ikincisi olub.
50% peşəkar münsiflərin və 50% tamaşaçıların səsverməsinin nəticələri belədir:

Nurlan Növrəsli - 12 xal
Ülvi Rəşidov - 10 xal
"East Groove" qrupu - 8 xal
Günay Ələkbərova - 7 xal
Şölə Səfərəliyeva - 6 xal
Sitarə Nəsirova - 5 xal
Fizzə Nadirova - 4 xal
Nəzrin Zərbəliyeva - 3 xal
Emin Həsən - 2 xal
Ülviyyə Talışınskaya – 1 xal