AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Yerevan şəhəri Avan və Nork-Maraş rayonları ümumi yurisdiksiya məhkəməsi Ermənistan vətəndaşı Qevorq Hayrapetyana qarşı vətənə xəyanət və İran vətəndaşı Bəhnam Bağeri ilə birlikdə Azərbaycan üçün casusluq ittihamı ilə hökmünü elan edib.
Qevorq Hayrapetyan 12, Bəhnam Bağeri 10 il müddətinə həbsə məhkum ediliblər.Bağlı qapılar arxasında keçən məhkəmə prosesindən sonra məhkəmənin qərarı oxundu. Məhkəmə Qevorq Hayrapetyanı müqəssir tanıyıb, əmlakı müsadirə olunmadan, 12 il müddətinə azadlıqdan məhrum etmək qərarını çıxarıb. Mlliyətcə azərbaycanlı, İran İslam Respublikası vətəndaşı Bəhnam Cəfər Sade Bağerini müqəssir tanıyıb və 10 il müddətinə azadlıqdan məhrum etmək cəza tədbirini tədbiq edib. Məhkum olunan Hayrapetyanın qohumları hakim Aram Amirzadyanın ardınca – “utanmazlar, alçaq, gördünüz necə tez qaçdı” – qışqırırdılar.Qərar iranlı müttəhimin qohumlarını da şoka gətirdi. Hakim Aram Amirzadyan məhkəmə tərəfindən dəlil tanınan əşyaların siyahısını oxudu:“Bir ədəd lazer diski. Qevorq Hayrapetyan tərəfindən tərtib olunmuş Kəlbəcərdə yerləşən xüsusi polkun mövqelərinin məxfi qriflə bir xəritəsi. Hərbi hissənin bir məxfi qeyd dəftəri. Bir üzündə kinaktyor Bryus Linin şəkli olan, arxasında şifr əlamətləri ilə kağız parçası”...
Bütün bu, ittiham qərarına əsasən, Qevorq Hayrapetyan tərəfindən toplanıb Bəhnam Bağeriyə ötürülmüş məxfi məlumat Ermənistanın beynəlxalq nüfuzunu etibardan salmaq üçün istifadə oluna bilərdi.
Bu məlumatlarla lazer diski, ittihamnaməyə görə, Bəhnam Bağeri Mehri sərhəd keçid məntəqəsindən İran tərəfinə keçirməyə cəhd edib.
Hayrapetyanın və Bağerinin vəkilləri, onları müqəssir tanımaq üçün əsaslı sübüt olmadığını bildirirlər.
“Yaxın vaxtlar məhkəmənin qərarını bizə verərlər. Və biz Qevorq Hayrapetyanı təhqir etmək üçün istifadə edilən dəlilləri açıqlayarıq. Siz də görərsiniz ki, o dəlillərdə bir şey yoxdur.
Qevorq Hayrapetyanın, güya vətənə xəyanət etmək üçün, saxladığı şəxsi arxiv onun özünə qarşı istifadə oluna bilməz”, - deyir vəkil Seda Safaryan və Hayrapetyanın bəraət qazanacağında əmin olduğunu bildirir.
İstefada olan podpolkovnik Qevorq Hayrapetyan Qarabağ müharibəsinin tanınmış komandirlərindəndir. 1994-2007-ci illərdə müdafiə nazirliyi sistemində işləyib, bir sıra orden və medallarla təltif olunub.
Otuz yaşlı İran vətəndaşı Bəhnam Bağeri də ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. Onun qardaşı Cavad Bağeri deyir ki, Bəhnamın beşillik təhsili var, o, İranın azərbaycanlılarla məskunlaşmış bölgəsində qoyun otarmaqla məşğul olurdu və rəfiqəsi ilə görüşmək üçün ilk dəfədir ki, Ermənistana gəlib.
Qevorq Hayrapetyanın və Bəhnam Bağerin vəkilləri mütləq apellyasiya verib məhkəmənin qərarını mübahisə edəcəklərini bildirirlər.