AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Narkotik alverinə qarşı mübarizə aparan Latın Amerikası ölkələrinin liderləri Kaliforniya seçicilərini tiryək barədə qanunu rədd etməyə çağırıblar.
Kolumbiya, Meksika və Kosta Rika prezidentləri bildiriblər ki, Kaliforniyada tiryəkin legallaşdırılması bölgə ölkələrinə yanlış mesaj verəcək. Bir neçə gündən sonra Kaliforniyada təryəkin istifadəsini qanuniləşdirən bir təklif səsverməyə çıxarılmalıdır.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Kaliforniyalıların səsverməsinə bir neçə gün qalmış Kolumbiyanın Kartagena şəhərində Latın Amerikası ölkələrinin sammitində çıxış edən Kolumbiya prezidenti Xose Manuel Santos deyib ki, Amerikanın bölgəyə göstərdiyi nümunə çaşqınlıq yaradır:
"Bu bizim insanları çaşdırır - ölüm gətirən narkotiklərə qarşı mübarizəyə xərclər qoyulduğu bir vaxt qonşu ölkədə Kaliforniya referendumunda tiryəkin istehsalı, satışı və istehlakını qanuniləşdirmək təklif olunur. Mən sual verirəm: dünyada öz texnologiyası, filmləri və keyfiyyətli şərabı ilə məşhur olan dünyanın 8-ci iqtisadi məkanı olan Kaliforniya indi həmin bazarlara öz tiryəkini ixxrac etməyəmi hazırlaşır?"
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Meksika prezidenti Felipe Kalderon isə deyib ki, narkotik qaçaqmalçılığına qarşı mübarizədə müvəffəqiyyətə nail olmaq üçün bütün ölkələr birgə çalışıb əməkdaşlıq etməlidirlər:
"Beynəlxalq mütəşəkkil çinayətkar qruplar - bizim bölgəmiz üçün ən böyük təhlükədir. Biz öz bölgəmizin inkişafını istəyirik, lakin bizi əngəlləyən ən böyük maneə - həmin bu beynəlxalq, transmilli cinayətkar dəstələrdir. Onlar sərhəd bilmir, bizim gənclərimizi zəhərləyir, insanlarımıza zərər gətirir. Bu əməllərə qarşı ayrı-ayrılıqda mübarizə aparmaq səmərəsizdir."