18.10.2010

Türkiyədə PKK şübhəliləri üzərində kütləvi məhkəmə

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, PKK-nın silahlı əməliyyatları zəifləsə də, Türkiyə hökumətini müqavimətə son qoymaq əzmindədir.
Türkiyədə kürd separatizmini dəstəkləməkdə ittiham olunan 150 şəxs üzərində məhkəmə başlayıb. Bu şəxslər aprel ayında kütləvi həbslər zamanı ölkənin cənub-şərqində tutulmuşdular. Onların arasında 12 şəhərin merləri də var. Bu adamlar PKK-ya dəstək verməkdə və ya onun üzvü olmaqda ittiham edilirlər. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Diyarbakırda keçirilən bu proses üçün yeni məhkəmə zalı inşa etmək lazım gəlib. 12 müttəhim şəhər merləri, əksəriyyəti mülki kürd hərəkatının fəallarıdır. Son illərdə PKK-nın silahlı kampaniyası zəiflədiyindən, siyasi qanad daha fəal çıxış etməyə başlayıb. Türkiyə qanunları PKK-ya hətta şifahi dəstəyə görə sərt cəzaları nəzərdə tutur. Müttəhimlərdən bəzilərinə ömürlük həbs cəzaları da verilə bilər.
Yerli insan hüquqlarının müdafiəsi qruplarına əsasən, ötən ildən bəri 1500-ə yaxın adam həbs olunub. Bu göstərir ki, dinc yolla çözüm istəyini bəyan etməsinə baxmayaraq, hökumət kürd hərəkatını susdurmaq əzmindədir.
Eyni zamanda, BBC-nin Türkiyədəki müxbiri Conatan Hed xəbər verir ki, hökumət belə məhkəmələr keçirməklə yanaşı, kürd silahlıları ilə razılığa gəlmək cəhdlərini də davam etdirir.
Bu il bəzi dövlət rəsmilərinin həbsdə olan PKK lideri Abdulla Öcəlanla danışıqlar aparması, eyni zamanda qonşu İraq və Suriya ilə münaqişəyə son qoyulmasına dair intensiv dialoq hökumətin iki istiqamətdə iş apardığına dəlalət edir.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, rəsmi Ankara Türkiyənin daxilində PKK fəalları ilə sərt rəftar etməklə yanaşı, Türkiyə sərhədi boyunca PKK döyüşçülərini silahı yerə qoymağa inandırmağa cəhd edir.