AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Almaniya kansleri Angela Merkel deyib ki, onun ölkəsinin çoxmədəniyyətli cəmiyyət yaratmaq cəhdləri tamamilə puça çıxıb. Özünün mühafizəkar Xristian Demokrat İttifaqı partiyası qarşısında çıxışı zamanı xanım Merkel deyib ki, sadəcə olaraq dinc yanaşı yaşayan və ayrı-ayrı mədəniyyəıtlərə malik icmalardan çıxanların yaratmaq istədikləri çoxmədəniyyətlilik Almaniyada alınmayıb.
O bildirib ki, İslam Almaniyanın bir hissəsi olsa da, mühacirlər inteqrasiya olunmaq üçün, almanca danışmağı bacarmaq da daxil olmaqla, özləri çox iş görməlidirlər. Angela Merkel əlavə edib ki, onun sözləri guya Almaniyanın mühacirləri istəməməsi kimi yozulmamalıdır: "Biz istəmirik ətraf aləmdə olanlar bizi belə başa düşsünlər ki, biz alman dilini dərhal öyrənməyənləri və ya bu dildə böyüdülməyənləri istəmirik. Bu cür anlam bizim ölkəmizə böyük ziyan vura bilər. Amma görün iş nə yerə çatıb ki, şirkətlər bu ölkədə işçi tapa bilmədikləri üçün başqa yerlərə əl atırlar. Bu o deməkdir ki, bizdə olan mühacirlərin inteqrasiyası qarşıdan gələn zamanlar üçün ciddi vəzifə olmalıdır. Eyni zamanda bütün insanları imkan yaratmaq xilqəti bundan sonra da Almaniyanın nişan möhürü olmalıdır".
Lakin dediklərini nə qədər yumşaltmağa çalışsa da, Angela Merkelin inteqrasiya barədə bəyanatları Avropanın bir sıra islami dairələrində hiddət doğurub.
Avropada İslam Təşkilatları Federasiyasının prezidenti İbrahim əl Zayat BBC-nin NEWSHOUR proqramına deyib ki, onu hirsləndirən xanım Merkelin işlətdiyi sözlər və ton olub: "Məncə məsələyə daha balanslı yanaşılmalı idi. Bir adam deyirsə ki, çoxmədəniyyətlilik puça çıxıb, deməli o adam reallıqla yaşamır.
Bunu görmək üçün elə Avropanın bir ölkəsi olan 21-ci əsrin Almaniyasına baxmaq kifayətdir. Almaniya daha innən belə bəzi xriustian-demokratların istədikləri kimi yalnız alman mədəniyyəti ilə idarə oluna bilməz."