2010-cu il sentyabr ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 7046,6 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,1% artmışdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il sentyabrın 1-nə olan pul kütləsinin 4850,8 mln. manatı nağd pul vəsaitlərinin, 953,1 mln. manatı tələb edilənədək vəsaitlərin, 1242,7 mln. manatı isə müddətli depozitlərin payına düşüb.
