AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il sentyabr ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4589,4 mln. manat təşkil etmişdir. 
Bunun 2720,8 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4% çoxdur. Depozitlərin 1868,6 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il sentyabrın 1-nə banklara qoyulan əmanətlərin 1186,9 mln. manatı (43,6%) manatla, 1533,8 mln. manatı (56,4%) isə xarici valyuta ilə cəlb edilmişdir.