14.10.2010

640 nəfərin namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında bildirib ki, Yeni Azərbaycan Partiyasından 111, “AXCP-Müsavat” blokundan 30, “İslahat” blokundan 29, “Qarabağ” blokundan 28, Klassik Xalq Cəbhəsi Partiyasından 27, Azərbaycan Milli İstiqlal Partiyasından 17, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 4, Azərbaycan Sosial-Demokrat Partiyasından 2 nəfərin namizədliyi qeydə alınıb. 279 nəfərin namizədliyi qeydə alınmayıb.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, kimi 6829 nəfər müşahidə missiyasını həyata keçirmək üçün MSK-ya müraciət edib. Onlardan 1617-si fərdi şəkildə müraciət edib, 4367 nəfəri isə siyasi partiyaların müşahidəçiləridir.