9.08.2010

Pul kütləsinin həcmi 36% artdı

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il iyul ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6629,4 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,1% artmışdır. 2010-cu il iyulun 1-nə olan pul kütləsinin 4587,3 mln. manatı nağd pul vəsaitlərinin, 956,8 mln. manatı tələb edilənədək vəsaitlərin, 1085,3 mln. manatı isə müddətli depozitlərin payına düşüb.