9.08.2010

Əhalinin əmanətlərinin həcmi 32% artıb

2010-cu il iyul ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4711,4 mln. manat təşkil etmişdir. Bunun 2562,8 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,4% çoxdur. Depozitlərin 2148,6 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il iyulun 1-nə banklara qoyulan əmanətlərin 1112,5 mln. manatı (43,4%) manatla, 1450,3 mln. manatı (56,6%) isə xarici valyuta ilə cəlb edilmişdir.