"Eurovison-2010"un qalibi 19 yaşlı almaniyalı Lena Mayer-Landrut qalibliyini növbəti ildə də saxlamaq istəyir. Daha dəqiq desək, müğənni "Eurovison-2011"-ci ildə də qalib olmaq niyyətindədi. Bu səbəbdən də o, növbəti müsabiqədə ölkəsini təmsil etməyə hazırlaşır. AgahMedia.Com portalının "Olaylar" agentliyinə istinadən məlumatına görə, Lena Mayer növbəti ildə də titulunu saxlamaq arzusundadı. O, iki il "Eurovison"un Almaniyada keçirilməsinə nail olmaq üçün çalışacaq.