AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il may ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4612,8 mln. manat təşkil etmişdir. Bunun 2474,7 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,5% çoxdur. Depozitlərin 2138,0 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il mayın 1-nə banklara qoyulan əmanətlərin 1070,3 mln. manatı (43,2%) manatla, 1404,4 mln. manatı (56,8%) isə xarici valyuta ilə cəlb edilmişdir.
