2009-cu ildə mətbuat azadlığı dərəcəsi üzrə Rusiya dünya ölkələri sırasında Qambiyanın səviyyəsinə enərək, bu ölkə ilə 176 və 177-ci yerləri bölüşüb.
 AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, bu nəticəni ABŞ-da mənzillənən Freedom House qeyri-hökümət təşkialtı özünün illik hesabatında açıqlayıb. 2008-ci ildə Rusiya 196 ölkə arasında 175-ci yeri tutmuşdu.Hesabatda deyilir ki, mətbuat azadlığı baxımından ən acınacağlı vəziyyət Belarus, Özbəkistan və Türkmənistandadır. Hesabatı tərtib edənlər Azərbaycan, Qazaxstan və Rusiyada KİV-lərin vəziyyətindən "xüsusi narahatlıq hissi" keçirdiklərini bildiriblər. 
Freedom House öz hesabatında qeyd edir ki, Rusiyada "hüquq-mühafizə orqanları jurnalistləri müdafiə etməkdə acizdirlər. Jurnalistlər arasında özünü senzura etmək halları artır. Həmin jurnalistlər təqib olunmaqdan və hətta qətlə yetirilməkdən ehtiyatlanırlar". Hesabatda qeyd olunur ki, Rusiyada KİV-lərin əksəriyyəti dövlətin nəzarəti altındadır".Freedom House hesab edir ki, ötən il ilə müqayisədə Ukrayna, Ermənistan və Moldova da mətbuat azadlığı sahəsində vəziyyət bir qədər düzəlib.