1.05.2010

Ceyms Kemeron Marsda film çəkəcək

AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, “Avatar” filmin yaradıcısı Ceyms Kemeron Marsda stereoskopik filmin çəkilişlərinə hazırlaşır.
Bu məqsədlə rejissor NASA rəhərliyini dilə tutaraq, 2011-ci ildə Qırmızı planetə göndərilən "Maraq" maşınını xüsusi 3D-kameraları ilə təchiz etməyi xahiş edib.“Pasadena Star News” nəşrin məlumatına görə, Kemeron hələ 2010-cu ilin yanvar ayında missiyanın texniki detallarının müzakirəsi məqsədi ilə Kosmik agentliyin başçısı Çarlz Boldenlə görüşüb. NASA müdiriyyəti xüsusi dirəyin üzərində qurulacaq lazımi avadanlığın alınmasında razılıq verib. Ceyms Kemeronun dediyi kimi: “Missiya çox ambisiyalı, maraqlı və cəlbedicidir. Alimlər Marsın keçmişi və gələcəyi barədə bir çox suallara cavab verməli olacaqlar.”3D- kameraların quraşdırılıb sona çatması ilə San-Diyeqodakı “Malin Space Science Systems” laboratoriyası məşğuldur.Marsa gedən “Maraq” maşını yeni nəsil cihazlara aiddir. Bu cihaz Spirit və Opportunity aparatlarından fərqli olaraq, enerjisini günəş batareyalarından yox, daha tez-tez ötürülən radioizotop enerji mənbəyindən alır.Qeyd edək ki, missiyanın dəyəri 2,3 milyard dollar təşkil edir, “Avatar” filmin satış gəliri isə 2,7 milyarddan artıq olub və artmaqda davam edir.