18.06.2013

Google dünyanın ən əhəmiyyətli brendi elan olunub

AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Fransanın Havas marketinq şirkəti dünyanın məşhur brendlərinin dəyərini müəyyənləşdirmək məqsədilə istehlakçılar arasında keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb. Tədqiqatın nəticələrinə görə ən əhəmiyyətli brend “Google” olub. Bundan başqa, ilk beşlikdə “Samsung”, “Microsoft”, “Sony” və “Nestle” brendləri də yer alıb. “Apple” brendi isə yalnız 22-ci yerlə kifayətlənib. Maraqlıdır ki, BrandZ şirkətinin versiyasına görə isə, ən qiymətli brendlər reytinqinə “Apple” başçılıq edir. Onliner.by saytının xəbərinə görə, “Havas” nümayəndələri bunu onunla izah edirlər ki, TOP-100 tərtib olunanda brendin maddi dəyəri nəzərə alınır, fransızlar isə sadə istehlakçıların emosional qiymətləndirmə mülahizələrinə əsaslanır.