3.07.2012

Kənd məktəblərində müəllim olmaq istəyənlərin nəzərinə

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq edilən vakant müəllim yerlərinin sayını müəyyənləşdirib. Təhsil Nazirliyindənverilən məlumata görə, bu il 800 nəfərin kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan yerlər üzrə işə qəbulu nəzərdə tutulur.Bu il həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 411 nəfər rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərinə, 389 nəfər isə 20 km-dən çox məsafədə yerləşən məktəblərə işə qəbul oluna bilərlər. Ətraflı məlumat burda >>>