27.06.2012

Avropanın ən varlı adamı


AgahMedia.Com informasiya portalının “AzərTac”a istinadən məlumatına görə, ispaniyalı Amonsio Orteqa hazırda, Avropanın ən varlı adamı hesab olunur. Onun varidatı 39,5 milyard dollar həcmində qiymətləndirilmişdir. “Zara”, “Massimo Dutti” , “Pull and Bear” brendlərinin sahibi və yaradıcısı Amonsio işə mağazalara köynək daşımaqla başlamışdır. Daha sonra o, öz kiçik iş otağında ev xalatları və qadın alt paltarları tikməklə məşğul olmuşdur. O, ilk mağazasını 1975-ci ildə açmışdır. İndi dünyada 4500-dən çox “Zara” mağazaları mövcuddur. Xatırladaq ki, bu mağaza Azərbaycanda da açılmışdır.

Mənbə: AgahMedia.Com