TQDK ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günlərini təyin edib.
AgahMedia.Com portalının "SƏS" informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə informasiyanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, III qrup üzrə qəbul imtahanı 3 iyul , I qrup 1 iyul tarixində Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, IV qrup üzrə imtahan 16 iyul Bakı, Naxçıvan, Gəncə, Lənkəran, II qrup üzrə isə 22 iyulda Bakı, Naxçıvan, Gəncə və Şəkidə baş tutacaq.
TQDK sədri vurğulayıb ki, magistraturaya qəbul imtahanlarının II mərhələsi 26 iyun tarixində Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Onun sözlərinə görə, orta ixtisas müəssisələrinə qəbul imtahanları 28 avqust tarixində baş tutacaq: "Ali təhsil müəssisələrinə ixtisas seçimi 24 iyul-2 avqust tarixlərində olacaq. İmtahanlar başa çatdıqdan sonra daxil olan şikayətlərə baxılması üçün 26-28 iyul tarixlərində Apelyasiya Komissiyaları fəaliyyət göstərəcək. Açıq apelyasiya isə 28 iyul tarixində həyata keçiriləcək".
Qeyd edək ki, rus bölməsinin abituriyentləri hər il olduğu kimi qəbul imtahanları vermədən öncə Azərbaycan dili imtahanı verir. Rus bölməsi üzrə Azərbaycan dili imtahanında iştirak etmək istəyənlər 16 iyun saat 18:00-dək öz ərizələrini təsdiq etməlidirlər. Rus bölməsi üzrə 1-ci Azərbaycan dili imtahanı 22 mayda Bakı və bölgə mərkəzlərində, 2-cisi isə 26 iyun paytaxtda təşkil olunacaq.