Rusiyanın tanınmış müğənnisi Liliya Şelexova Azərbaycana köçüb. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, ilk dəfə 2010-cu ilin avqustun ayında Bakıda konsert verən Liliya artıq İslam dinini də qəbul edib.
Müğənni indi muğamın əsaslarını öyrənərək Azərbaycan dilində və ya Azərbaycan melodiyalı mahnılar oxuyur. Liliya Şelexova Rüstəm Zeynalovun onun üçün oranjeman etdiyi "Liberan boys" mahnısını repertuarına salıb.