“Google” ictimaiyyətə “Chrome 10” brauzerini təqdim edib.
Bu haqda şirkətin rəsmi saytında məlumat verilib. Yeni versiya Chrome 9 brauzerindən daha güclüdür. JavaScript işinin sürəti 66% artıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Chrome 10-da menyu servisi tamamilə dəyişib. Bu yeni versiya istifadəçilərin daxil etdiyi adlar, telefon nömrələri, ünvanlar və digər şəxsi məlumatları yadda saxlayaraq yeni veb-əlavədə açılır. Google şirkəti həmçinin, menyu bölməsinə axtarış üçün yer ayırıb. Onun köməkliyi ilə menyuda müxtəlif bölmələri tapmaq olar. Axtarış yeri veb-əlavənin sol tərəfində yerləşir. Bir sıra digər dəyişiklik və əlavələrin edildiyi « Chrome 10 » baruzerində internet saytları indi daha sürətlə açılır.
"Chrome" dünyada sayca üçüncü ən məşhur brauzer hesab edilir. "StatCounter"in faktlarına əsasən o, "Internet Explorer" və "Mozilla Firefox" göstəricilərini geridə qoyub.